"İnter Mayami" "Atletiko"nun müdafiəçisi Aksel Vitseli transfer etməyi düşünür. Sport24.az "Mundo Deportivo"-ya istinadən xəbər verir ki, MLS klubunun rəhbərliyi müdafiə xəttini gücləndirmək niyyətindədir.

 

"İnter Mayami" Vitsellə maraqlanır, çünki belçikalı futbolçunun "Atletiko" ilə müqaviləsi bu mövsümdən sonra başa çatacaq.

 

Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2022-ci ildə "Atletiko"ya azad agent kimi keçib. O, bu müddət ərzində bütün turnirlərdə 85 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.