"Əl-Hilal"ın 34 oyunluq qələbə seriyası başa çatıb. Sport24.az xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının yarımfinalında uduzub.

 

Səudiyyə Ərəbistanı təmsilçisi mərhələnin ilk matçında BƏƏ-də "Əl-Əyn"ə 2:4 hesabı ilə məğlub olub. "Əl-Hilal" sonuncu dəfə ötən ilin avqustunda meydanı başıaşağı tərk edib.

 

"Əl-Hilal"ın 34 oyunluq qələbə seriyası yeni dünya rekordu olub. Əvvəlki rekord "Nyu-Seynts" (Uels) klubunua məxsus olub. Uelslilər 2016/2017 mövsümündə ardıcıl 27 rəsmi matçda qələbə qazanıblar.

 

Qeyd edək ki, "Əl-Hilal" – "Əl-Əyn" arasında cavab matçı aprelin 23-də keçiriləcək.