"Hoffenhaym"ın futbolçusu Bazumana Ture yayda klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü bir neçə klubun transfer siyahısında yer alıb.
Bu barədə "Fussball Daten" məlumat yayıb.
"Bavariya", "Mançester Yunayted" və "Arsenal" Bazumananı transfer etmək istəyir. Almaniya klubu 20 yaşlı vinger üçün 45 milyon avro tələb edir.
Qeyd edək ki, "Hoffenhaym" Bazumana Tureni 2025-ci ilin 2025-ci ilin fevralında "Hammarbü"dən 10 milyon avroya transfer edib. Gənc oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.