20 yaşadək futbolçular arasında 2025-ci ildə Çilidə keçirilən dünya çempionatı Mərakeş millisinin tarixində ilk dəfə titul qazanması ilə yekunlaşıb. Sport24.az xəbər verir ki, mükafatlandırma mərasimi zamanı FİFA turnirin ən yaxşı oyunçularına fərdi mükafatlar təqdim edib.
Beləliklə, 20 yaşlı argentinalı Santino Barbi ən yaxşı qapıçı seçilib. O, turnirin bütün yeddi matçında iştirak edib, üç qol buraxıb və dörd görüşdə qapısını toxunulmaz saxlayıb. Mərakeşli cinah oyunçusu Othmane Maamma yarışın ən yaxşı oyunçusu seçilib. Yeniyetmələr arasında dünya çempionatında ikinci ən yaxşı oyunçuya verilən Gümüş top onun komanda yoldaşı, hücumçu Yasir Zabiriyə çatıb. Argentinalı yarımmüdafiəçi Milton Delqado turnirin üçüncü ən yaxşısı seçilib.
Gənclər çempionatının bombardiri hər biri beş qol olan dörd oyunçu olub: Mərakeş yığmasının hücumçusu Yasir Zabiri, fransalı hücumçu Lukas Mixal, Kolumbiyanın U-20-dən Neyser Vilyarreal və amerikalı yarımmüdafiəçi Benya Kremaşki.