Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə bütün rekordları qırıb. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) sosial şəbəkə hesabında paylaşım edib.

 

"Azərbaycan bu turnirdə bütün rekordları qırır! Kokauri Lukaş Krpalekə qalib gəldi və komandanın altıncı qızıl medalını qazandı", - deyə paylaşımda bildirilib.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları Qran-pridə 6 qızıl, 3 bürünc medal qazanıb.