“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi, 4 qat Olimpiya çempionu Serena Uilyams hələ də karyerasını başa vurmaq fikrində deyil. Sport24.a xəbər verir ki, 43 yaşlı amerikalı tennisçi 50 yaşına qədər oynamaq istəyir: “Dəbilqə” seriyalı turnirlər mənim üçün böyük önəm kəsb edir. Yenidən “US Open”də oynamaq istəyirəm. Amma hələ ki, bütün diqqətimi “Uimbldon”a yönəltmişəm. ABŞ Açıq tennis turnirinin başlamasına hələ çox var. İndiyə qədər heç kim 50 yaşına qədər oynamayıb. Kimsə bunu bacaracaqsa, deməli, o adam mən olacam".
Xatırladaq ki, Vinusun 41 yaşlı bacısı Serena Uilyams artıq karyerasını başa vurub. O, 23 dəfə “Böyük Dəbilqə” seriyalı turnirlərin qalibi olub.