Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, yığma Qazaxıstanla qarşılaşıb.

 

Görüş orta Asiya təmsilçisinin 34:31 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.