21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu dəvət olunub. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

 

Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.