"Liverpul" fransalı müdafiəçisi İbrahima Konateyə müqavilənin uzadılması ilə bağlı son təklifini göndərib. Sport24.az xəbər verir ki, bu haqda "Sky Sport" məlumat yayıb.
26 yaşlı futbolçunun klubla hazırkı anlaşması 2026-cı ilin yayına qədərdir.
Konate yeni şərtləri qəbul edəcəyi halda "Liverpul"un ən yüksək maaş alan futbolçusuna çevriləcək. Klub rəhbərliyi təklifin kifayət qədər sərfəli olduğunu düşünür və oyunçudan yaxın həftələrdə cavab gözləyir.
Bildirilib ki, Konate hələ yekun qərarını verməyib. Qeyd olunur ki, o, ya "Liverpul"da qalacaq, ya da azad agent kimi "Real"a keçəcək.
Qeyd edək ki, Konate cari mövsüm "mersisaydlılar"la 15 matça çıxıb. O, 2021/2022 mövsümündən "Liverpul"un formasını geyinir.