Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

C Liqasının 3-cü qrupunda yer alan komandamız 2026-cı ilin martında mübarizəyə start verəcək.

 

Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlar və başlanma vaxtı barədə daha sonra məlumat veriləcək.

 

3 mart, 2026-cı il

Azərbaycan - Şimali Makedoniya

 

7 mart

Macarıstan - Azərbaycan

 

14 aprel

Andorra - Azərbaycan

 

18 aprel

Azərbaycan - Andorra

 

5 iyun

Azərbaycan - Macarıstan

 

9 iyun

Şimalı Makedoniya - Azərbaycan