"Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirində bu mövsüm rusiyalı və belaruslu tennisçilərin oynayacağı birmənalı qarşılanmayıb. Sport24.az xəbər verir li, keçən mövsüm Böyük Britaniya Tennis Assosiasiyası höküməti Rusiya və Belarusdan olan tennisçilərin “Uimbldon”da çıxışına qadağa qoymuşdusa, bu dəfə qərarı qüvvədə saxlaya bilməyib.

Buna ATP və WTA-nın bu turniri cərimələməsi və reytinq xalları ləğv etməsi səbəb olub.

İndiki qərar isə əsasən polşalı və ukraynalı tennisçilərin ürəyincə deyil. Amma onlar da artıq vəziyyətlə barışıb.

Məşhur ukraynalı tennisçi Elinsa Svitolina mətbuata açıqlamasında təşkilatçıları anladığını söyləyib və hətta onlara dəstək üçün təşəkkür də edib: “Böyük britaniyalıların Rusiya və Belarusdan olan tennisçiləri ötən mövsüm yarışdan kənarlaşdırmasına görə çox sevinmişdim. Bunun üçün mübarizə aparırdıq. WTA, ATP və İTF rəhbərliyinə başa salmağa çalışırdıq ki, digər idman növlərində rusiyalı və belaruslulara qarşı qadağa varsa, siz də bunu etməlisinz. Bizi dəstəklədiyinə görə də “Uimbldon” rəhbərliyinə də təşəkkür etdik. Amma indi iş elə gətirib ki, onlar təzyiqlər qarşısında geri çəkildi. Bunu da gözləmək olardı. Axı, təşkilatçılar turnirin statusunun itirilməsini istəmirlər. İstənilən halda, mövqelərinə görə onlara “çox sağ ol” deyirik”.