UFC-də yüngül çəkidə döyüşən azərbaycanlı Nazim Sadıqovun növbəti rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, 32 yaşlı döyüşçünün yeni rəqibi amerikalı Markel Mederos olacaq. 


UFC 327 çərçivəsində keçiriləcək görüş aprelin 11-də Mayamidə baş tutacaq.

 

Nazimin son döyüşü ötən ilin dekabrın 6-da fransız Fares Ziamaya qarşı olmuşdu.


Sadıqov həmin matçı uduzmuşdu.