Bu gün Bakı Atıcılıq Mərkəzində Stend Atıcılığı üzrə Federasiya Kuboku 2025 turniri start götürüb. Sport24.az xəbər verir ki, yarış gənclər (U18 və U21) və böyüklər arasında keçirilir.

 

Turnirdə ölkəmizlə yanaşı Özbəkistandan 70-dən çox atıcı gücünü sınayır. İdmançılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi yarış formatında kubok uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, yarış ayın 21-də yekunlaşacaq.