"Sabah" futbolçusu Con İrasabal ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

2022-ci ildən "Sabah"ın formasını geyinən müdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

 

Con "Sabah"ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, "bayquşlar"la birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.