Sabiq futbolçu Mesut Özil Türkiyədə futbol akademiyası yaradacağını açıqlayıb. Sport24.az xəbər verir ki, Türkiyə əsilli almaniyalı ulduz bunu jurnalistlərə danışarkən bildirib.
Özil qısa zaman ərzində Ümraniyədə yeni futbol akademiyası qurmaq istədiyini, gənclərin əlindən tutub onların özlərini Avropanın ən böyük səhnələrində göstərmələri üçün çalışdığını vurğulayıb.
Qeyd edək ki, Mesut futbolçu karyerası ərzində "Şalke", "Real Madrid", "Arsenal", "Fənərbaxça", "Başakşehir" kimi klubların formasını geyinib.