Biatlon və xizək idmanı üzrə Dünya Kuboku başa çatmaq üzrədi. Sport24.az xəbər verir ki, Norveçin Holmenkollen şəhərində keçirilən biatlon üzrə Dünya kəKubokunun 9-cü mərhələsiundə kişilər arasında izləmə yarışı keçirilib.

Norveçli 5 qat Olimpiya çempionu Yohannes Bö 12,5 km məsafəni 32 dəqiqə 34 saniyəyə qət edərək birinci yerə çıxıb. Ondan 32,7 saniyə geridə qalan fransalı biatlonçu Kenton Fiyon Maye 2-ci olub. Norveçli Strula Holm Leqreyd isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qadınların sprint yarışında isə karyerasını yekunlaşdırmaq üzrə olan Denize Herrmann-Vik uğur qazanıb. Almaniyalı biatlonçu 7,5 km məsafəni 21 dəqiqə 6 saniyəyə qət edərək yarışın qalibi olub. 2-3-cü pilləni isveçli idmançılar Hanna Eberqlə Anna Maqnusson tutub. Yeri gəlmişkən, yarışı 4-cü sırada başa vurmasına baxmayaraq, fransalı biatlonçu Juliya Simon 1048 xalla Dünya Kubokunun qalibi olub.

İsveçin Falun şəhərində isə xizək idmanı üzrə dünya kubokunun 13-cü mərhələsi keçirilir. Yarışın 2-ci günündə qadınlar və kişilər arasında sprinter mübarizəyə qoşulub. Qadınlar arasında norveçli Kristine Stavos Şistad 1,4 km-i 2 dəqiqə 55 saniyəyə qət edərək dünya kubokunda ardıcıl 2-ci dəfə sprint yarışının qalibi olub. İsveçli xizəkçilər Yonna Sundlinqlə Mayya Dalkvist isə müvafiq olaraq fəxri kürsünün 2-3-cü pillələrinə yüksəlib. Kişilərin mübarizəsində isə Yohannes Klebo rəqiblərinə heç bir şans verməyib. Norveçli 5 qat Olimpiya çempionu 1,4 km məsafəni 2 dəqiqə 52 saniyəyə geridə qoyaraq karyerasında 30-cu sprint yarışının qalibi olub. Onun həmyerlisi Erik Valnes ikinci, italiyalı Federiko Pelleqrino 3-cü yerə sahib çıxıb.