Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Nurəddin Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib. Sport24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Ələkbərov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.  O, dövlət başçısının 2010-cu il 2 iyul ayının tarixli sərəncamı ilə vergilər nazirinin, 2020-ci il 1 aprel tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Onu da bildirək ki, bu gün Ələkbərovun 70 illik yubileyidi.