Dünya Triatlonu növbəti həftəsonu yarışlarından sonra yeni reytinqi açıqlayıb. Sport24.az xəbər verir ki, Rostislav Pevtsov siyahıda geriləyib.

 

Bir neçə gün əvvəl Valensiyada keçirilən Dünya kubokunda 20-ci yeri tutan Azərbaycan millisinin üzvü bir pillə düşüb.

 

Hazırda üçqat Olimpiya iştirakçısı 68-ci yerdədir. Mattye Hauzer (Avstraliya) reytinqdə lider, Leo Berjere (Fransa) ikinci, Hayden Uayld (Yeni Zelandiya) üçüncüdür.