Son vaxtlar yüksəlişdə olan, ötən mövsümdə də “Uimbldon” turnirinin finalına qədər yüksələn Ons Jaber Londonda keçiriləcək “Böyük Dəbilqə” seriyalı yarışdan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, tunisli tennisçi ötən mövsüm həlledici görüşdə Yelena Rıbakinaya məğlubiyyəti yada salmaq istəmədiyini və hətta bunun üçün müəyyən “tədbirlər” gördüyünü də söyləyib: “Bəli, “Uimbldon” turnirindən əvvəl ötən mövsümkü finalı xatırlayıram. Təbii ki, paltardəyişmə otağına daxil olub hər yerdə Rıbakinanın şəkillərini görmək mənə xoş deyil. Ona görə də onları yığışdırmağa çalışıram (gülür). Əlbəttə, bu qədər diqqət mərkəzində olmaq mənim üçün xoşdur. “Böyük Dəbilqə”nin finalına çıxmaq möhtəşəm uğurdur Bu il daha yaxşı çıxış etmək istəyirəm”.