Latviya hokkey tarixinin flaqmanı olan Riqanın “Dinamo” komandası fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, klub rəhbərliyi növbəti mövsüm üçün Latviya çempionatında oynamaq üçün federasiyaya iştirak ərizəsini təqdim etməyib.

“Dinamo” ilə yanaş, Dauqavpilsin “Dinaburq” klubu da iştirak hüququndan imtina edib. Onların yerinə Latviya çempionatında Tallinin “Panters” və Riqanın “Moqo” komandaları iştirak edəcək.

Zatırladaq ki, bir müddət əvvəl də fəaliyyət göstərməyən Riqa “Dinamo”su 2008-ci ildə fəaliyyətini bərpa etmiş və elə həmin ildən Kontinental Hokkey Liqasında mübarizə aparmışdı. Amma Rusiyanın Ukraynanı işğal etməsindən sonra Latviya höküməti “Dinamo”nu bu çempionatdan çəkilməyə məcbur etdi. Nəticədə Latviya çempionatında oynamağın sərf etməyəcəyini görən klub rəhbərliyi maliyyəni dayandırmaq qərarına gəlib.