UFC reytinqində yüngül çəkili döyüşçülər arasında ikinci pillədə qərarlaşan Şon O`Melli məşhur milyarderlər İlon Maskla Mark Tsukerberqin mümkün döyüşünə münasibət bildirib. Sport24.a xəbər verir ki, amerikalı döyüşçü bu görüşün iyrənc olacağını, amma onu izləmək istədiyini söyləyib: “Bu görüşə baxardım. Amma mənə elə gəlir ki, bu olduqca şişirdilmiş və iyrənc bir qarşıdurma olacaq. Qarşıısınızda iki ağ dərili və idmana yaxından-uzaqdan əlaqəsi olmayan iki nəfər döyüşəcək. Təsəüvvür edin ki, yuxarı siniflərdə oxuyan iki riyaziyyatçı uşaq dava edir. Mənasız bir qarşıdurma olacaq, amma onu izləmək istəyərdim”.
Xatırladaq ki, artıq neçə gündür ki, “Tesla”nın sahibi İlon Maskla “Facebook”un sahibi Mark Tsukerberq sosial şəbəkələr vasitəsi ilə bir-birini təhqir edir. Onlar hətta oktaqonda qarşılaşmaqla bağlı razılığa da gəlib. Görüşün “Kollizey”də təşkil olunacağı ilə bağlı versiya da var.