Kanoe üzrə Dünya kuboku start götürüb. Sport24.az xəbər verir ki, yarış Macarıstanın Seqed şəhərində keçirilir.

 

Azərbaycan turnirdə bir idmançı ilə təmsil olunub. Tatyana Smilovenko bu gün 500 m məsafədə mübarizəyə başlayıb. Təsnifat mərhələsinin 3-cü qrupunda yer alan kanoeçimiz finişə 2 dəqiqə 11,54 saniyəyə çatıb. 4-cü yeri tutan təmsilçimiz yarımfinala vəsiqə qazanıb. Bu mərhələ bu gün baş tutacaq.

 

Tatyana sabah daha bir məsafədə start xəttinə çıxacaq. O, 200 m məsafədə çıxış edəcək.

 

Qeyd edək ki, yarış mayın 18-dək davam edəcək.