Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədovun sabiq məşqçisi Xavyer Mendes Konor Makqreqorla arasının olmadığını söyləyib. Sport24.az xəbər ki, o, Maykl Çendlerlə görüşdən əvvəl irlandiyalının əleyhiinə azarkeşlik edəcəyini bildirib.
Mendes Konoru sevməməsinin səbəbini isə belə izah edib: “Bu görüşdə Çendlerə azarkeşlik edəcəm. Mənə elə gəlir ki, Maykl Konoru nokautla məğlub edəcək. Ümumiyyətlə, bundan sonra da Makqreqor kimlə oynasa, onun əksinə azarkeşlik edəcəm. Çünkiu o, bir dəfə mənə “sən arxası yekə kikboksçusan” demişdi”.