Beynəlxalq triatlonda mövsümə Dünya seriyası yarışı ilə start veriləcək. Sport24.az xəbər verir ki, yeddi mərhələdən ibarət olacaq yarışın birincisi fevralın 8-9-da Abu Dabidə keçiriləcək.
Həmçinin seriyaya daha bir turnirin əlavə olunması istina edilmir.
Dünya kuboku yarışlarına gəlincə, bu çərçivədə 13 turnir olacaq. Onlardan birincisi fevralın 22-23-də Yeni Zelandiyanın Neypir şəhərində keçiriləcək. Eyni zamanda, təqvimə daha iki Dünya kuboku yarışı da əlavə oluna bilər.
Azərbaycan triatlonçularının hansı yarışlarda çıxış edəcəkləri hələlik dəqiqləşməyib.