Dünya çempionatı ilə samboda beynəlxalq yarış mövsümünə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının da hazırlaşdığı ilin əsas turniri noyabrın 7-9-da Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

 

Əvvəlcə yarışın Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılsa da, sonradan Beynəlxalq Sambo Federasiyası çempionatın yerini Bişkekə dəyişib.

 

Qeyd edək ki, Qırğızıstanın paytaxtı daha əvvəl – 2022-ci ildə də sambo üzrə dünya çempionatına ev sahibliyi edib.