İngiltərə millisinin üzvü Cordan Henderson "Ayaks"dan ayrılıb. Sport24.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Henderson 2024-cü ilin əvvəlindən "Ayaks"da çıxış edirdi. O, bu müddətdə 57 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Henderson əvvəllər İngilətərənin "Liverpul", "Sanderlend" və "Koventri", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klublarında çıxış edib.