Mövsümə ATP reytinqində lider kimi daxil olan Karlos Alkaras sonradan mövqeyini itirsə də, yenidən Novak Cokoviçi zirvədən sala bilib. Sport24.az xəbər verir ki, hazırda hesabında yalnız 1 “Dəbilqə” seriyalı turnir olan ispaniyalı tennisçidən çox şey gözləyirlər.

Ötən illərin əfsanəvi tennisçisi Boris Bekker də Alkarasın bacarığına inanır. Amma o, Karlosun Rocer Federer, Rafael Nadal və Novak və Cokoviç səviyyəsinə yüksəlmək üçün çox əziyyət çəkməli olacağını söyləyib: “Federer, Nadal və Cokoviç təkcə tennis yox, həm də idmanın qəhrəmanları olub. Onlar bu mədəniyyətin fenomenidi. Alkaras da möhtəşəm raketka ustasıdı, çox yaxşı tennis oynayır. Karlosa əsl tennisin superulduzu demək olar. Amma təkcə tennis oynamaq azdı. Sən titullarını qorumağı, öz ölkəni layiqincə təmsil etməyi və hətta arzulamadığın xəyalları gerçəkləşdirməyi bacarmalısan. İndiki vəziyyətdə ehtiyatlı olmaq lazımdı. Heç kim ideal deyil və başa düşmək lazımdı ki, tennisçilər də insandır və onlar da səhv edə bilər”.