Badmintonçularımız Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampalada keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıblar. Sport24.az xəbər verir ki, 1/16 finaldan mübarizəyə başlayan Aqil - Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına vəsiqə qazanıb.

 

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria - Lim Xuan cütlüyünə hər iki setdə məğlub olan (18:21,17:21) badmintonçularımız gümüş medal qazanıb.