Azərbaycanlı atlet Abdulla Əliyev Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda uğurla çıxış edib. Sport24.az xəbər verir ki, U-20 kateqoriyasında uzunluğa tullanma növündə mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq beynəlxalq yarışın qalibi olub.

 

O, 6.75 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.