Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dəfn edilib. Sport24.az xəbər verir ki, mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.

Xatırladaq ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.