Aprelin 19-da Muğla şəhərində kayak və kanoe üzrə "Bahar Kuboku" açıq Türkiyə çempionatı start götürəcək. Sport24.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi 5 gənc idmançı ilə təmsil olunacaq.

 

Start xəttinə Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov və Əlimurad Hacızadə çıxacaqlar.