ATP reytinqində 3-cü pillədə qərarlaşan Daniil Medvedev “Uimbldon” turniri ərəfəsində Karlos Alkarasın şanslarından danışıb. Sport24.az xəbər verir ki, məşhur rusiyalı tennisçi ATP reytinqinin liderinin hazırda bütün kortlarda əsas favorit olduğunu söyləyib: “Karlosun istənilən örtüklü kortlarda əla çıxış etdiyini nəzərə alsaq, onun “Uimbldon”da da uğurlu olacağını söyləmək olar. Məncə, Karlos 5 dəfə Böyük Britaniyadakı “Dəbilqə” turnirinin qalibi olmaq günücdədir. Hərçənd ot kortlar onun oyun üslubuna uyğun məkan deyil. Alkaras ötən il ot kortlarda çıxışı ilə inkişaf etdiyini göstərdi. Ancaq bütün tennisçilər ot kortda əziyyət çəkdiyi kimi, onun da bu mənada işləri alınmaya bilər. Buna baxmayataq, Alkarasın çox yüksək potensialı var. Görək o, işinin öhdəsindən gələ biləcəkmi?!”