UFC reytinqində orta çəkili döyüşçülər arasında 7-ci pillədə qərarlaşan Şon Striklend ABŞ rəhbərliyini tənqid edib. Sport24.az xəbər verir ki, o, doğulduğu Las Veqasda vəziyyətin ürəkaçan olmadığını söyləyib: :Las Veqasdanam, ora "zibil" yerdi. Bir bu şəhərdə təhsilsiz insanların sayına baxın. Özüm belə məktəbi qurtarmamışam, "geydirmə” bir cəmiyyətin məhsuluyam. ABŞ "zibil" ölkədi. Ölkədə daşınmaz əmlakların qiyməti qalxıb. Bizim isə “beynimizi yuyurlar”. Bu ölkəni dağıdırıq. Doğrudu, ölkəmi tənqid edirəm, amma vətənpərvərəm. Sadəcə, korporasiyalar ABŞ-ı məhv edir. Pullarımızı digər ölkələrə niyə xərcləməliyik ki? Bizim pulla niyə bombalar başqa ölkələrin ərazilərinə tökülməlidir ki? Təəssüf ki, siyasətçilərimiz üçün ABŞ-ın maraqları daha vacib deyil. ABŞ-da inqilab olmasa, vəziyyət düzələn deyil”.