Böyük Britaniyanın İstbrun şəhərində WTA-500 kateqoriyalı tennis turniri başa çatıb. Sport24.az xəbər verir ki, həlledici görüşdə rusiyalı Darya Kasatkina ilə amerikalı Medison Kiz üz-üzə gəlib.

1 saat 44 dəqiqə davam edən görüşdə reytinqdə 25-ci pillədə qərarlaşan amerikalı raketka ustası qalib gəlib O, ilk setdə 6:2, ikinci setdə isə 7:6 hesabıyla reytinqdə 11-ci yerdə qərarlaşan rəqibini üstələyib.

Xatırladaq ki, 28 yaşlı Kiz 2014-cü ildə də İstbrunda keçirilən turnirdə qalib gəlmişdi. Hesabına 470 reytinq xalı yazdıran Medison bununla yanaşı 120 min dollar mükafat da qazanıb.