Bu gün həndbol üzrə avrokubokların 2024/25 mövsümünün püşkü atılacaq. Sport24.az xəbər verir ki, Avropa Liqası və Avropa kubokunda həm kişi, həm qadın komandaları rəqiblərini tanıyacaq.
Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Azərbaycan klublarının da rəqibləri müəyyənləşəcək.
Ölkəmiz qitə kuboklarında 5 komanda ilə təmsil olunacaq. Təmsilçilərimizin hamısı Avropa kubokunda mübarizə aparacaq. "Kür" və "Bakı" kişilərin, "Qarabağ", "Kür" və "Azəryol" qadınların turnirində qüvvəsini sınayacaq.
Komandalarımız yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda oktyabrın 5-6-da və 12-13-də keçiriləcək.
Qeyd edək ki, Avropa kubokunda 63 kişi və 64 qadın komandası çıxış edəcək.