Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

 

Polad Həsənli (-81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (-66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

 

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.