Almaniyada qadın futbolçuların Bundesliqasının 26-cı turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" evdə "Bavariya"ya 0:1 hesabı ilə məğlub olub.

 

Mirzəliyeva bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. "Hambuq" hazırda 12 xalla turnir cədvəlində 12-ci yerdədir.