Azərbaycan millisinin məşqçilər korpusu fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlayıb. Sport24.az xəbər verir ki, komandada 11 cüdoçu yer alacaq.

 

Parisdə Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Elkiyev (hər ikisi 73 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) mübarizə aparacaq.

 

Qeyd edək ki, indiyə kimi 44 ölkə "Böyük Dəbilqə"də iştirakını təsdiqləyiblər.