Antalyada təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması turniri 2 medalla başa vurub.

 

Komandanın heyətində Rəşid Məmmədəliyev (73 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal qazanıblar. Yığmamız bu nəticə ilə ümumi hesabda 8-ci yeri tutub.

 

Qeyd edək ki, Yaponiya cüdoçuları (5-1-2) "Böyük Dəbilqə"də ən yüksək nəticəyə imza atıblar. Fransa (3-1-2) ikinci, Kanada (1-2-0) üçüncü pillədə qərarlaşıb.