Hidayət Heydərov (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına təkcə öz çəkisinin deyil, dünya reytinqinin mütləq lideri kimi qatılacaq.

Sport24.az xəbər verir ki, hazırkı dünya və Avropa çempionu bütün çəki dərəcələri üzrə reytinq siyahısında birinci yerdədir.

Azərbaycan cüdoçusu topladığı reytinq xallarının sayında bütün tatami ustalarını qabaqlayır. Hidayətin hazırda 8798 xalı var.

Abu Dabidə keçirilən dünya çempionatındakı qələbə ona Matias Kasseni (81 kq) keçməyə imkan verib. Belçikalı ikincidir – 7932 xal.

İlk "üçlüy"ü millimizin digər cüdoçusu qapayır. Dünya çempionu Zelim Kotsoyev (100 kq) 7022 xal toplayıb.

Kişilər və qadınlar arasında göstəricilər nəzərə alınsa, Heydərov dünya ikincisidir. Yalnız dəfələrlə dünya çempionu Krista Dequçi daha çox xal toplayıb. Kanadalının 9690 reytinq xalı var.