Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. Sport24.az xəbər verir ki, bu gün 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov turnirinin qalibi olub.
26 yaşlı idmançımız finalda moldovalı Pyotr Pelivanı məğlub edib.
Rəqibinə “ippon”la qalib gələn Hidayət karyerasında 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.