Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Sport24 xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayacaq.

Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə
Kişilər
90 kq

Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.

O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqanka (Türkiyə) qalib gələrək, adını finala yazdırıb. Talıbov həlledici döyüşdə yaponiyalı Sanşiro Murao ilə güləşəcək.

+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub.

Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.