25-26 fevralda Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Sport24.az xəbər verir ki, yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

 

-48 kq. 

Ramilə Əliyeva 

 

-52 kq. 

Zeynəb Məmmədova 

 

-63 kq. 

Diana Şoranova 

Nərgiz Hacıyeva 

 

-70 kq. 

Günel Həsənli 

 

-78 kq. 

Aytəkin Paşazadə