Cüdo üzrə Zaqrebdə Qran-pri davam edir. Sport24.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 4 idmançısı tatamiyə çıxacaq.

Kişilərin mübarizəsində 3, qadınlarda isə 1 cüdoçumuz medallar uğrunda yarışacaq.

 

Nəriman Mirzəyevin (73 kq) ilk rəqibi israilli Yehonatan Elbaz olacaq. Eyni mərhələdə İbrahim Əliyev isə ekvadorlu Bruno Bermeo ilə qarşılaşacaq. Zaməddin Poladov (81 kq) ilk görüşdə ukraynalı Mixailo Svidrakla üz-üzə gələcək.

 

Turnirin ikinci günündə tatamiyə çıxacaq yeganə xanım təmsilçimiz isə Aytac Qardaşxanlı (63 kq) olacaq. O, Car-dan olan Skay Knester ilə qarşılaşacaq

Qeyd edək ki, Qran-prinin ilk günündə komandamızın üç medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Poladov (66 kq) isə bürünc medal əldə edib.