Cüdo üzrə bu il keçiriləcək növbəti beynəlxalq turnirlərinin vaxtı və yeri açıqlanıb. Sport24.az xəbər verir ki, qarşıda Dünya turunun bir hissəsi olan "Böyük Dəbilqə"nin beş mərhələsi, iki Qran-Pri və bir dünya çempionatı baş tutacaq.

 

Tur martın 21-23-də Tbilisidə "Böyük Dəbilqə" ilə davam edəcək.

 

21-23 mart. Tbilisi (Gürcüstan), "Böyük Dəbilqə"

23-27 aprel. Podqoritsa (Monteneqro), Avropa çempionatı

2-4 may. Düşənbədə Böyük Dəbilqə (Tacikistan)

9-11 may. Astanada Böyük Dəbilqə yarışı (Qazaxıstan)

13-19 iyun. Budapeştdə (Macarıstan) dünya çempionatı

25-27 iyul. Ulan-Batorda Qran-pri (Monqolustan)

17-19 oktyabr. Abu Dabidə Böyük Dəbilqə (BƏƏ)

14-16 noyabr. Zaqrebdə Qran-pri (Xorvatiya)

6-7 dekabr. Tokioda (Yaponiya) Böyük Dəbilqə.