Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə millilərin Təlim-Məşq Mərkəzində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Sport24.az xəbər verir ki, imtahanda 130 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.

 

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

 

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

 

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.