"Barselona" Erlinq Haalandı istəyir. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin forvardı İspaniyaya yollana bilər. 

 

25 yaşlı norveçli ilə "Barselona" maraqlanır. Kataloniya təmsilçisi onu uzunmüddətli Robert Levandovskinin əvəzedicisi kimi görür. 

 

Haaland "Mançester Siti"nin heyətində 151 oyuna çıxıb, 130 qol vurub və 21 məhsuldar ötürmə edib.

 

Norveç millisinin hücumçusunun "şəhərlilər"lə müqavilə müddəti 2034-cü il iyunun 30-na qədərdir.