Azərbaycanın cüdo komandası Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatının ilk iki günündən sonra ümumi hesabda 10-cu yerdədir. Sport24.az xəbər verir ki, komandamızın aktivində Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyevin (73 kq) qazandığı iki bürünc medal var.

 

Azərbaycan İspaniya, Serbiya, Finlandiya, Macarıstan və digər ölkələri qabaqlayır.

 

Fransa liderdir (2-1-4), ardınca IJF (1-2-0) və Gürcüstan (1-1-0) gəlir.

 

Çempionatın ilk iki günündə 13 ölkədən cüdoçular fərqləniblər.