Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan gənclər arasında cüdo üzrə Avropa kubokunda ilk yarış gününə yekun vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan yığması ilk günü bir medalla başa vurub.

66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət millinin üzvü Samir Piriyev gümüş medal qazanıb.