Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Avropa çempionatının ən reytinqli iştirakçıları açıqlanıb.

Sport24.az xəbər verir ki, cədvələ Azərbaycan millisinin lideri Hidayət Heydərov başçılıq edir.

73 kq çəkidə çıxış edən təmsilçimiz yarışın bütün iştirakçıları arasında ən yüksək reytinqə malikdir. İkinci pillədə gürcüstanlı İliya Sulamanidze (100 kq) qərarlaşıb. İlk "üylüy"ü neytral statusla çıxış edən İnal Tasoyev (+100 kq) qapayır.

Dünya reytinqinin lideri olan Heydərov üçqat Avropa çempionudur. O, Zaqrebə 4-cü titul üçün yollanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də keçiriləcək.